Ən azı 10 miqrant Fransanın şimal sahillərində Kanalı keçərək İngiltərəyə keçməyə cəhd edərkən həyatını itirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fransa rəsmiləri bildirib.
Məlumata görə, La-Manş boğazında 70-ə yaxın miqrantı daşıyan kiçik qayığın qayığın çevrilməsi nəticəsində azı 10 nəfər ölüb.
Bir neçə nəfərin xilas edildiyi lakin onların vəziyyətinin ağır olduğu bildirilib. Ölənlərin sayının hələ arta biləcəyi ehtimal olunur.