Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson İsrailə silah ixracına dair 30 lisenziyanın dayandırılması qərarına sərt reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O xatırladıb ki, günahsız yəhudilər hələ də HƏMAS-ın əlində girov saxlanılır.
“İsrail yeni bir qətliamın qarşısını almağa çalışır, niyə xarici işlər naziri David Lammy və baş nazir Kir Starmer HƏMAS-ın qalib gəlməsini istəyir”. – deyə ritorik şəkildə soruşub.