Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər sentyabrın 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lufthansa-nın mətbuat xidməti məlumat yayıb.
“Mövcud vəziyyətə görə Lufthansa Qrupu yenidən uçuş cədvəlinə düzəlişlər edir. Təl-Əvivə uçuşlar sentyabrın 5-i cümə axşamı bərpa olunacaq”, – TASS xəbər verir.
Aviaşirkət xatırladıb ki, Beyruta uçuşlar sentyabrın 30-u daxil olmaqla dayandırılıb.