ABŞ-nin Corciya ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bununla yanaşı, 30-a yaxın adam yaralanıb.
Telekanalın məlumatına görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilib.
21:22
ABŞ-nin Corciya ştatının Uinder şəhərində məktəbdə atışma baş verib, iki nəfər həlak olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.
Məlumata görə, azı dörd nəfər xəsarət alıb.
Polis şübhəli şəxsi saxlayıb.
Hadisə yerində 5 təcili tibbi yardım maşınının olduğu, zərərçəkənlərdən birinin helikopterlə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.