Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.
NOCOMMENT.az apa-ya istinadən verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:
“Rusiyada tətbiq olunan əlavə təhlükəsizlik tədbirləri və sərhədi keçmək istəyən xarici ölkə vətəndaşlarına qarşı gücləndirilmiş nəzarət-yoxlama tədbirləri ilə əlaqədar Qırğızıstan vətəndaşlarını ciddi səbəb olmadan Rusiya ərazisinə səfərlərdən çəkinməyə çağırırıq” – Qırğızıstan XİN-in məlumatında deyilir.