Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda “Şəhidlər abidəsi” inşa olunacaq.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, abidənin 0.6 ha torpaq sahəsində tikilməsi nəzərdə tutulub.
“Şəhidlər abidəsi”nin layihələndirilməsi işləri “Hinal Proje” MMC-yə həvalə olunub.
Kəngərli Rayon İcra Hakimiyyəti ilə şirkət arasında layihələndirmə ilə bağlı müqavilə bağlanılıb.