Qəzza zolağının şimalında Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində həlak olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
Məlumata görə, polkovnik Məhəmməd Mursi ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.