Fransanın yeni Baş naziri siyasi proqramını oktyabrda açıqlayacağını bildiribbackend

Fransanın yeni Baş naziri siyasi proqramını oktyabrda açıqlayacağını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın yeni Baş naziri Mişel Barnye öz siyasi proqramını Milli Assambleyaya (parlamentin aşağı palatası) oktyabrın əvvəlində təqdim etmək niyyətində olduğunu bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Barnye bunu jurnalistlərə açıqlamasında deyib.

Baş nazir vurğulayıb ki, onun rəhbərlik etdiyi yeni Nazirlər Kabineti üçün səhiyyə sahəsi prioritet olacaq.