Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb. Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib.
“Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var”, – o qeyd edib.