Hicran Hüseynova və bacısı ilə bağlı şok iddia: “Fransada 5 milyonluq villanı…” – FOTOLARbackend

Hicran Hüseynova və bacısı ilə bağlı şok iddia: “Fransada 5 milyonluq villanı…” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti dəfə deputat seçilmiş Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir”.

NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.

Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə əsasən, kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.

İddia ilə bağlı Hicran Hüseynovanın da mövqeyini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səs toplayıb.

O, 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir.

“Şöhrət” ordeni ilə təltif edilib. Fransanın Milli Fəxri Legion ordeninə layiq görülüb. Rus və ingilis dillərini bilir.

1977-1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993-2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000-2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olub. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006-2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olub. Evlidir, 2 övladı var.