Bu ilin yanvar-avqust aylarında Çin ilə ABŞ-nin ticarət dövriyyəsi illik ifadədə 2,1% artaraq 443,73 milyard dollar təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb.
Departamentin məlumatına görə, Çindən ABŞ-yə ixrac 2,8% (334,15 milyard dollar) artıb, ABŞ-dən idxal isə faktiki olaraq dəyişməz qalıb (109,58 milyard dollar). Müvafiq müddət ərzində Çinin müsbət saldosu 224,57 milyard dollara çatıb ki, bu da 2023-cü ilin ilk səkkiz ayı ilə müqayisədə 4,5% çoxdur.