Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunubbackend

Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevə hökm oxunub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə sabiq rəisin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.