Salome Zurabişvili ikinci dəfə prezident olmaq istəyirbackend

Salome Zurabişvili ikinci dəfə prezident olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə dövlət başçısı olmaq niyyətində olduğunu açıqlayıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizəd olmaq da daxil olmaqla böyük məsuliyyəti öz üzərimə götürməyə hazıram”, – dövlət başçısı bildirib.

Bundan əvvəl Zurabişvili oktyabrın 26-nı Gürcüstanda parlament seçkiləri günü elan edib. Ölkə konstitusiyasına uyğun olaraq, onlar oktyabrın son şənbə günü təyin olunurlar. Builki seçkilər ilk dəfə olaraq elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək.