Bayden administrasiyası Ukrayna strategiyası ilə bağlı gizli hesabatı Konqresə təqdim edibbackend

Bayden administrasiyası Ukrayna strategiyası ilə bağlı gizli hesabatı Konqresə təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair gizli hesabatı Konqresə təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Konqresdə adının çəkilməyən köməkçisi bildirib ki, iyunda çoxdan gözlənilən hesabat sentyabrın 9-da qanunvericilərə gəlib və onların hələ onu nəzərdən keçirmək şansı olmayıb. Bunu daha iki Reuters mənbəsi də təsdiqləyib.

Agentlik qeyd edir ki, münaqişənin başlanmasından keçən iki il yarım ərzində Konqres Ukraynaya və müttəfiq ölkələrə müxtəlif yardımlar üçün demək olar ki, 175 milyard dolların ayrılmasını təsdiqləyib.

Aylarla gecikmədən sonra Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası aprel ayında Ukrayna üçün 61 milyard dolları əhatə edən 95 milyard dollarlıq əlavə xərclər qanun layihəsini qəbul etdi. Bu qanun layihəsi çərçivəsində Konqres prezident administrasiyasına iyunun əvvəlinə qədər Ukrayna ilə bağlı ətraflı strategiya təqdim etməyi tapşırıb.