ABŞ-da Venesuela at ensefalomielit virusunun (VAE) yayılması ilə əlaqədar iki ştatın sakinləri axşam saatlarında evlərini tərk etməməyə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə “Daily Mail” məlumat yayıb.
Vermont və Massaçusets ştatlarında insanların ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam ictimai tədbirlər ləğv edilməyə başlanılıb. Bu virusu ağcaqanadlar daşıyır və yayır. İnsanlarda beynin şişməsinə və ölümə səbəb ola bilər.
Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin artdığı bir dövr olan axşam saat 6-dan səhər 6-ya qədər çölə çıxmamağı tövsiyə edib.
Bu, ABŞ-da VAE epidemiyasının qeydə alındığı ilk hadisə deyil. Beş il əvvəl həkimlər Miçiqan sakini, 64 yaşlı amerikalını ağcaqanad dişlədikdən sonra xilas edə bilməyiblər.
Xəstəliyin simptomlarına qəfil hərarət, titrəmə və oynaq ağrıları daxildir. Bundan əlavə, şiddətli baş ağrısı, titrəmə, beynin iltihabı və iflic xarakterikdir./Publika.az