Xəzər Rayon İcra Hakimiyyəti Binə qəsəbəsi, Əli İsazadə küçəsindəki mağazının sürücülərin və piyadaların hərəkətinə maneə yaratması barədə şikayətləri ilə bağlı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, RİH-dən Pravda.az-ın soğrusuna cavab olaraq bildirilib ki, Əli İsazadə küçəsinin üzərində “Sovxoz” deyilən ərazidə taxta konstruksiyadan quraşdırılmış mağaza Xəzər Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumları tərəfindən görülən zəruri tədbirlər nəticəsində sökülüb.
“Avtomobil yolu əvvəlki vəziyyətinə qaytarılıb, yolda nəqliyyat vasitələrinin və piyadaların maneəsiz hərəkəti təmin olunub” – məlumatda qeyd olunub.