ABŞ-də hava limanında iki təyyarə toqquşdubackend

ABŞ-də hava limanında iki təyyarə toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “Delta AirLines” aviaşirkətinin “Airbus A350” təyyarəsi “Atlanta” hava limanında uçuş-enmə zolağına enərkən “Endeavour Air CRJ-9002″ təyyarəsinə çırpılıb, hər iki təyyarə zədələnib.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə  “Delta Air Lines” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb

 

“Uçuşa hazırlaşan “Airbus A350” təyyarəsinin qanadı Atlantadadan Tokio Beynəlxalq Hava Limanına uçuşa hazırlaşan “Endeavor Air CRJ-900” təyyarəsi ilə toqquşub”, – məlumatda deyilir.

 

Aviaşirkətin məlumatına görə, xəsarət alan yoxdur. Sərnişinlər hava limanının terminalına geri göndərilib, onlardan digər reyslərlə uçmaları təklif olunacaq.(Report)