Fox News Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa oktyabrda ikinci debat keçirmək təklifini göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Fox News Media rəhbərləri Harris və Trampın kampaniyalarına məktub göndərərək, başqa debat təklif ediblər”, – şəbəkənin açıqlamasında deyilir.
Tramp bundan əvvəl Harrislə debatı bütün siyasi karyerasının ən yaxşısı adlandırmışdı.
Harris, öz növbəsində, debatların ikinci raunduna hazır olduğunu söyləyib.
Qeyd edək ki, sentyabrın 11-də ABC telekanalında ilk Tramp-Harris debatı baş tutub.