İran diplomatı Britaniya XİN-ə çağırılıbbackend

İran diplomatı Britaniya XİN-ə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Xarici İşlər Nazirliyi İran tərəfdən ballistik raketlərin Rusiyaya ötürülməsi iddiası ilə əlaqədar İranın Londondakı müvəqqəti işlər vəkili Əli Mətinfarı çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Böyük Britaniya hökuməti açıq şəkildə bildirib ki, ballistik raketlərin Rusiyaya hər hansı təhvil verilməsi təhlükəli eskalasiya sayılacaq və ciddi cavab verəcək”, – məlumatda bildirilir.

Sentyabrın 2-də Bloomberg agentliyi İranın öz ballistik raketlərini Rusiyaya ötürməyi planlaşdırdığını bildirib. Bunun fonunda sentyabrın 10-da Böyük Britaniya, Fransa və Almaniya Tehrana qarşı sanksiyalar tətbiq etmək planlarını açıqlayıblar. Bundan əlavə, ölkələr Rusiyaya raket və digər silahların tədarükü ilə məşğul olduğu iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətindədirlər.