Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini Alik Mirzabekyan dövlətə dəymiş 500 min dollar məbləğində ziyanı ödəyəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan açıqlama verilib.
Bildirilib ki, əldə olunan razılığa əsasən, bu məbləğ qeyri-qanuni yolla əldə olunan əmlakın hesabına kompensasiya ediləcək.
Qeyd edək ki, Mirzabekyan bu vəzifəni 2007-2016-cı illərdə tutub.