Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 41 118, yaralananların sayı isə 95 125 nəfərə çatıb.
Qeyd olunub ki, son 24 saatda Qəzza zolağında azı 34 nəfər ölüb, 96 nəfər yaralanıb.