Viktor Orban: “Cibimdə sülhməramlı missiya üçün daha bir neçə kozır var”backend

Viktor Orban: “Cibimdə sülhməramlı missiya üçün daha bir neçə kozır var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“Cibimdə sülhməramlı missiya üçün daha bir neçə kozır var”, – deyə o vurğulayıb.

O qeyd edib ki, bundan sonra da sülhün yaxınlaşması üçün gözlənilməz təşəbbüslər irəli sürəcək.

“Döyüş meydanında münaqişənin həlli yoxdur, bu ideyanı bizim sülh missiyamız irəli sürdü və bununla da biz Avropada böyük müzakirələrə başladıq”, – deyə siyasətçi əlavə edib.

Sentyabrın 8-də Orban gərginliyin qarşısını almaq və Ukraynada münaqişəni həll etmək üçün sülhməramlı missiya üzərində işləməyə davam etdiyini açıqlayıb. Macarıstanın baş naziri həmçinin bildirib ki, dünya sistemində dəyişiklik yaxınlaşır. Onun fikrincə, birqütblü dünya nizamına deyil, ABŞ-ın uduzan tərəfə çevrilə biləcəyi çoxqütblü dünya nizamına ümid etmək lazımdır.