Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri (AFQ) tərəfindən əsir götürülmüş rus əsgərlərinin əsirlikdən qayıtmasının təfərrüatlarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.
“Hazırda bütün Rusiya hərbi qulluqçuları Belarus Respublikası ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki , Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) əsir mübadiləsi zamanı humanitar vasitəçilik edib.
Daha əvvəl məlum olub ki, Rusiya Ukrayna ordusunun 103 şəxsini bərabər sayda rus əsgəri ilə dəyişib.