Rassel Azərbaycan Qran Prisinin üçüncü yarışının qalibi olubbackend

Rassel Azərbaycan Qran Prisinin üçüncü yarışının qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 çempionatının 17-ci mərhələsi olan Azərbaycan Qran Prisinin üçüncü məşqində Mercedes komandasından britaniyalı Corc Rassel qalib gəlib.

NOCOMMENT.az bildirir ki, bu barədə müsabiqənin saytında məlumat verilir.

İdmançı ən yaxşı dövrəni bir dəqiqə 42,514 saniyəyə başa vurub. Moneqasklı Ferrari sürücüsü Çarlz Lekler ikinci yeri tutub . Üçüncü yerdə McLaren-dən britaniyalı Lando Norris qərarlaşıb.

Hazırkı Formula 1 çempionu Red Bull-dan hollandiyalı Maks Ferstappendir .

Bundan əvvəl Avropa İttifaqı rusiyalı yarışçı Nikita Mazepini sanksiyalar siyahısından çıxarmışdı. İdmançı 2023-cü ilin aprelində Amerikanın Formula 1 komandası Haas müqaviləsini ləğv etdikdən sonra sanksiyaların ləğvi üçün məhkəməyə müraciət edib.