Polşa Çexiyanın Ukrayna üçün mərmi almasını maliyyələşdirməyə söz veribbackend

Polşa Çexiyanın Ukrayna üçün mərmi almasını maliyyələşdirməyə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Radoslav Sikorski söz verib ki, ölkə hakimiyyəti Çexiyanın Ukrayna üçün mərmi almaq təşəbbüsünü maliyyələşdirmək üçün pul tapacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Unian” agentliyi məlumat yayıb.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Varşava artıq bu il Kiyevə kömək üçün 50 milyon avro ayırmaq barədə siyasi qərar qəbul edib. Üstəlik, 2025-ci ildə respublika Ukraynanı dəstəkləmək üçün analoji məbləğdə pul xərcləmək niyyətindədir.

“Lakin Strateji Ehtiyatlar üzrə Dövlət Agentliyi ilə bağlı bəzi texniki, inzibati və hüquqi məsələlər var”, – Sikorski vurğulayıb.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi öz növbəsində Ukrayna qoşunlarına kömək etmək üçün əlindən gələni edib. Bununla bağlı nazir digər idarələrin də lazımi tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

“Bu, mütləq ediləcək”, – deyə Sikorski əlavə edib.