Alman deputat: Gürcüstan hakimiyyəti Aİ nümayəndə heyətləri ilə danışmaqdan imtina edibbackend

Alman deputat: Gürcüstan hakimiyyəti Aİ nümayəndə heyətləri ilə danışmaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniyadan gələn nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot “X” sosial şəbəkəsində məlumat verib.

“Biz öyrətmək üçün deyil, bir-birimizi dinləmək üçün buradayıq”, – deyə diplomat yazıb.

Onun sözlərinə görə, bütün Gürcüstan hökumətindən nümayəndə heyətini yalnız Xarici Əlaqələr Komitəsinin sədri Nikolos Samçaradze qəbul edib. Görüş parlamentdə deyil, “Gürcü arzusu” partiyasının qərargahında baş tutub.