NASA çərşənbə axşamı (17 sentyabr) Yerə yaxınlaşacaq stadion böyüklüyündə asteroidlə bağlı xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NASA-nın Jet Propulsion Laboratory (JPL) məlumat yayıb.
ABŞ Kosmik Agentliyinin Jet Propulsion Laboratoriyası xəbər verir ki, Asteroid 2024 ON 290 metr uzunluğundadır və Yer kürəsinin 1 milyon kilometrliyindən keçəcək. Kosmik agentliyin məlumatına görə, asteroid sonuncu dəfə Yerdən 2013-cü ildə keçib və 2035-ci ildə yenidən Yerə yaxınlaşacaq.
Obyekt ilk dəfə NASA-nın Yer yaxınlığında aşkar edilməmiş obyektləri aşkar etmək üçün bütün dünya üzrə rəsədxanalardan istifadə edən Near-Earth Object Observation (NEO) proqramı tərəfindən aşkar edilib. O, sentyabrın 9-da saatda təxminən 40.000 kilometr sürətlə hərəkət edən “potensial təhlükəli” asteroid aşkar edən Virtual Teleskop layihəsi tərəfindən izlənilir.