Amerikalı kəşfiyyatçı Ukraynada NATO silahlarının məhv edilməsindən danışıbbackend

Amerikalı kəşfiyyatçı Ukraynada NATO silahlarının məhv edilməsindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələrində artıq Rusiya Silahlı Qüvvələrinin məhv edə bilməyəcəyi silahlar yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsi zamanı deyib.

Ekspertin fikrincə, nədənsə Vaşinqton və onun müttəfiqləri həmişə Moskvanın zəif olduğunu düşünürlər. Üstəlik, Rusiya tərəfinin bu və ya digər hərəkəti həyata keçirə bilməyəcəyinə inanırlar.

“İndi, əksinə, onun (Rusiya Federasiyası) Ukraynada bizə necə çətin anlar yaşatdığını izləyirik. Avropada vəziyyətə təsir edə biləcək heç nə qalmayıb”, – Ritter vurğulayıb.

O əlavə edib ki, İsveç bu yaxınlarda Ukraynaya yeni hərbi yardım paketi ayırmağa qərar verib. Amma keçmiş kəşfiyyatçının dediyi kimi, döyüşlər zamanı rus əsgərləri Kiyevə ötürülən texnikanı mütləq sıradan çıxaracaq və ya ələ keçirəcək.