Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üçün ayrılan vəsaitin həcmi məlum olub.
NOCOMMENT.az xəbər verir ki, tikinti işlərini “AGA-EE İnşaat” MMC həyata keçirəcək.
İşlərin sifarişçisi olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu layihə ilə bağlı şirkətlə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 7 664 193,62 manatdır.
Xatırladaq ki, Fond bundan əvvəl 60 fərdi yaşayış evinin tikintisi ilə bağlı “Hermes-S” şirkəti ilə 9 milyon manat dəyərində müqavilə bağlayıb.