Abdulbari Gözəlin “Bazarstore”na yeni gələn direktorla işçi arasında QALMAQAL: İş məhkəməlik oldu – FOTObackend

Abdulbari Gözəlin “Bazarstore”na yeni gələn direktorla işçi arasında QALMAQAL: İş məhkəməlik oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdən çıxarılan əməkdaşı “Bazarstore” mağazalar şəbəkəsini məhkəməyə verib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, marketlər şəbəkəsinin keçmiş işçisi İsazadə Rəqsanə Aqşin qızı Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını iddia edib.

Məhkəmə işinin mahiyyəti əmək mübahisələri – İşə bərpa və Əmək mübahisələri – Əmək haqqı tələbindən ibarətdir. Məhkəmə prosesi hakim Şəhriyar Əliyevin sədrliyi ilə baş tutacaq. Məhkəmə iddianı təmin edərsə, “Bazarstore”keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcburdur.

Azərsun Holdinq” MMC-yə məxsus “Bazarstore” MMC-nin nizamnamə kapitalı 40862223.16 USD, qanuni təmsilçi, direktoru Ebrahim Samadidir. ​