Caişankar: Hindistan həm Rusiya, həm də Ukrayna ilə danışa bilərbackend

Caişankar: Hindistan həm Rusiya, həm də Ukrayna ilə danışa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan münaqişənin həlli üçün həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmaq imkanına malik olan nadir ölkələrdən biridir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Time Now qəzetinə müsahibəsində bildirib.

“Bu gün biz bu hökumətlərin hər ikisi ilə danışa bilən azsaylı ölkələrdən biriyik”, – deyə o vurğulayıb.

Hindistanın baş naziri Narendra Modinin Hindistan Nazirlər Kabinetinin rəhbəri kimi üçüncü müddətinin ilk həftələrində əldə etdiyi nailiyyətlərdən danışan nazir Moskva və Kiyevə səfərlərini münaqişənin gələcək həlli üçün ölkənin baş nazirinin ən mühüm addımları adlandırıb.