ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar respublika parlamentinə oktyabrda keçiriləcək seçkilərə müdaxilədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında bildirib.
“Bu sanksiyalar gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir”, – TASS onun sözlərindən sitat gətirib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyan etmişdi ki, Amerika hakimiyyəti Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi hakim “Gürcü Arzusu” partiyasının mövqelərini maksimum zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri artırmağa hazırlaşır.