Belarus rəhbəri Aleksandr Lukaşenko xəbərdarlıq edib ki, ölkəsinə hücum edilərsə, üçüncü dünya müharibəsi başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Bunu etməli deyilsən. Belarusa hücum üçüncü dünya müharibəsidir”, – deyə Belarus lideri bildirib.
Lukaşenko həmçinin bildirib ki, o, Litvanın Haaqada ona qarşı məhkəmə prosesi başlatmaq planlarından xəbərdardır.