Heç kimə güvənməyin – Kartımızdakı pulları necə qoruyaq?backend

Heç kimə güvənməyin – Kartımızdakı pulları necə qoruyaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, son zamanlar həm dövlət qurumlarına, həm də vətəndaşlara qarşı yönəlmiş kiberhücumların sayında kəskin artım müşahidə olunur.

Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti xəbərdarlıq yayıb.

Bəs necə edək ki, kiberhücumların qurbanı olmayaq? Bank hesablarımızı, şəxsi məlumatlarımızı necə qorumalıyıq?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Bakupost.az –a açıqlamasında bildirib ki, vətəndaşların kibertəhlükəsizliklə bağlı bilikləri artırılmalıdır:

“Bunun əsas problemi sosial problemdir. Yəni insanların kibertəhlükəsizliklə bağlı minimal da olsa bilikləri yoxdur. Öncə, maarifləndirmə işləri aparılmalıdır. Blogerlər, müxtəlif platformalar, TV-lər və s. informasiya resurslarında insanlara başa salınmalıdır. Məsələn, kart nömrəsinin CVV kodunu heç kimə göstərməmək, heç yerə əlavə etməmək, tanımadıqları saytlara girib, öz kart məlumatlarını əlavə etməmək lazımdır. Hətta bank adı ilə yığsalar belə, kart məlumatlarını təqdim etmək olmaz. Çünki bankın belə bunu sizdən istəməyə icazəsi yoxdur. İnsanlar bunun kimi xırda məsələləri bilməlidirlər. Buna baxmayaraq, dələduzlar yenə də iş başında olurlar və insanların pullarına yiyələnirlər”.

V. Qəhrəmanov insanları bilmədikləri proqramları yükləməmyə çağırıb:

“Son zamanlar insanlar bilərəkdən, və ya bilməyərəkdən tanımadıqları, bilmədikləri proqramları yükləyirlər. Bir müddətdən sonra isə onların bank hesablarındakı pullar mənimsənilir. Ona görə də internetdə heç kimə güvənməyin, diqqətli olun!”