İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olubbackend

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın müxtəlif regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib, insan tələfatına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, aramsız leysan yağışları ölkənin şərqindəki Foggia şəhərində daşqınlar törədib. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb.

Əlverişsiz hava şəraitində insanlara kömək etməyə çalışan mülki müdafiə qüvvələrinin əməkdaşı sel suları altında qalaraq vəfat edib. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi və müdafiə naziri Quido Krosetto bununla bağlı başsağlığı verib. Ankona və Peskara şəhərləri arasındakı avtomagistral nəqliyyatın hərəkətinə bağlanıb.

Emiliya-Romaniya regionunda “narıncı”, 11 bölgədə isə “sarı” xəbərdarlıq elan edilib. Ölkə ərazisində əlverişsiz hava şəraitinin qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilib.