ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı ikinci silahlı hücum Məxfi Xidmətin təhlükəsizlik problemlərini yenidən gündəmə gətirib.
NOCOMMENT.az bildirir ki, 20 il Məxfi Xidmətdə xidmət etmiş təqaüdçü agent Paul Ekloff bununla bağlı “BBC”yə açıqlama verib. O qeyd edib ki, Trampın yüksək profilli şəxsiyyəti təhlükəsizlik və maliyyə baxımından çətinliklər yaradır.
Ekloff vurğulayıb ki, yalnız mühüm prezidentlər hücuma məruz qalır:
“Vəziyyət dəyişib. Trampın insanlar arasında keçirdiyi zaman, pərəstişkarlarının həvəsi və mitinqlərin böyüklüyü işləri çətinləşdirir. Onun qolf hobbisi də təhlükəsizlik problemləri yaradır. Tramp prezident olan zaman onun təhlükəsizliyinin təmin edilməsi daha asan idi”.
Bundan əvvəl Trampın təhlükəsizliyinin “ən yüksək səviyyədə” olduğunu açıqlanmışdı. Hücum cəhdlərindən sonra prezident Co Bayden jurnalistlərə bildirmişdi ki, Gizli Məxfi Xidmətin fəaliyyətinə yardım edilməlidir və Konqres bununla bağlı hərəkətə keçməlidir.
Gizli Xidmətin direktoru vəzifəsini icra edən Ronald Rou isə, “Məxfi Xidmətin artan missiya tələbləri əlavə resurslar tələb edir” deyə Konqresə yazdığı məktubda qeyd etmişdi. Lakin Konqresdə büdcə müzakirələri nəticəsində Gizli Xidmətin büdcə yardımı alması ehtiyacının rədd edildiyi bildirilmişdi.