Ön sıralarda hansı şagirdlər oturmalıdır? – AÇIQLAMAbackend

Ön sıralarda hansı şagirdlər oturmalıdır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladları ibtidai sinifdə oxuyan bəzi valideynlərin müəllimlərlə ön sırada oturmaq üstündə mübahisələrini, davalarını az eşitməmişik. Onlar uşaqlarının müəllimin gözü qarşısında oturmasının daha effektiv olduğunu düşünürlər və bunun üçün müəllimə təsir etmyə çalışırlar.

Adətən, şagirdlərin oturma sırası müəllim tərəfindən tənzimlənir. Bəs hansı kateqoriyalara sahib şagirdlər ön sırada oturmalıdırlar?

NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında danışdı:

“Biz məktəbli olanda deyirdilər ki, ən savadlı uşaqlar ön sırada oturmalıdırlar. Bu, əslində, psixoloji və mentorluq baxımından yanlış təsəvvürdür. Bu yaxında vəkillərdən biri məhkəməyə müraciət edib ki, ön sırada oturmaq püşkatma ilə olsun. Ancaq bu da düzgün yanaşma deyil”.

Ekspertin fikrincə, müəyyən qədər qüsurlu olan şagirdlərin ön sırada oturması məsləhətdir.

“Ön sırada gözü zəif olan və yaxud boyu balaca olan uşaqların oturması daha məqbuldur ki, onlar lövhədə yazılanları görə bilsinlər. Bu, onların diqqətdən kənarda qalmaması, digərlərinə çatması üçün müəyyən köməklikdir. Bu baxımdan fizioloji vəziyyətin burada nəzərə alınması lazımdır”, – deyə R.Fikrətoğlu bildirdi.