Finlandiya prezidenti Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq istəyibbackend

Finlandiya prezidenti Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Alexander Stubb BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini, istənilən dövlətin veto hüququnun ləğvini və Moskva ilə Kiyev arasındakı münaqişəyə bənzər hərbi əməliyyatlarda iştirak edən ölkələrin istisna edilməsini nəzərdə tutan islahatlara çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Stubb qarşıdan gələn BMT Baş Assambleyasında təşkilatda islahatların aparılması çağırışlarını dəstəkləyəcəyini bildirib. “Rusiyanın Ukraynadakı münaqişəsi kimi” münaqişə ilə məşğul olan Təhlükəsizlik Şurasının istənilən üzvü ölkədən çıxarılmalıdır”, – deyə o deyib.

Finlandiya prezidenti həmçinin qeyd edib ki, “heç bir dövlət BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmamalıdır”.