“Air France” və “Lufthansa” şiə “Hizbullah” hərəkatının Livandakı peycer partlayışlarına mümkün cavabı səbəbindən İsrailə uçuşları ləğv edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
“Lufthansa dərhal İsrailə uçuşları dayandırdı”, – deyə jurnalistlər bildirib.
Air France 48 saatlıq uçuşları ləğv etdi.
Bundan əlavə, Swiss International Air Lines və Brussels Airlines-ın reysləri 48 saat təxirə salınıb.
Bundan əvvəl “Hizbullah” hərəkatı Livanda peycerlərin bombalanmasına cavab olaraq İsraili hədələmişdi.