Suriya Xarici İşlər Nazirliyi bildirib ki, Livanda rabitə cihazlarının partladılması İsrailin Yaxın Şərqdə hərbi əməliyyatların miqyasını genişləndirmək istəyindən xəbər verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Suriya bu terror təcavüzünü və İsrailin Livan vətəndaşlarına qarşı törətdiyi və müharibəni genişləndirmək və qan tökülməsini davam etdirmək istəyini əks etdirən yeni qanlı cinayəti qətiyyətlə pisləyir”, – məlumatda bildirilir.