Azərbaycanda rəqəmsal məktəb platforması yaradılacaqbackend

Azərbaycanda rəqəmsal məktəb platforması yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin yeni informasiya sistemləri yaradılacaq.

NOCOMMENT.az xəbər verir ki, nazirlik bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində rəqəmsal məktəb platformasının yaradılması, peşə təhsili üzrə informasiya sisteminin (pts.edu.az), “Nostrifikasiya portalı”nın (apply.enic.edu.az), “Təhsil portalı”nda (portal.edu.az) məktəbdənkənar təhsil müəssisələrinin tərbiyəsi və məşğələlərə qəbul xidmətinin inkişaf etdirilməsi və “Edupay” ödəniş sistemi idarəetmə xidmətlərin Hökümət Ödəniş Platforması üçün vahid pəncərədə birləşdirilməsi nəzərdə tutulub.