Amerikanın “Boeing” aviasiya korporasiyası davam edən genişmiqyaslı tətilə görə on minlərlə işçisini ödənişsiz məcburi məzuniyyətə göndərəcək.
NOCOMMENT.az bu barədə “The New York Times”a (NYT) istinadən xəbər verir.
Məlumata görə, şirkət bunu müəssisələrində genişmiqyaslı tətilin davam edəcəyi təqdirdə milyardlarla dollara çata biləcək itkiləri ödəmək üçün edib.
Bildirilib ki, ötən həftə başlayan tətil təyyarə istehsalının sürətini kəskin şəkildə aşağı salıb. Bu baxımdan şirkət itkiləri ödəmək üçün xərcləri azaltmaq məqsədilə tədbirlər görməyə məcbur olub.
Qeyd edək ki, “Boeing” fabriklərində çalışan 33 min işçi şirkətin dörd il ərzində əmək haqqının 25% artırılması təklifini rədd edərək tətil edib.