Hindistanın Uttar Pradeş ştatında kömür daşıyan yük qatarının 25 vaqonu relsdən çıxıb.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan Dəmir Yollarının Aqra regional ofisinin meneceri Tej Prakaş Aqarval bildirib.
“Racastandakı “Suratqarh” elektrik stansiyasına kömür daşıyan qatarın 25 vaqonu qəzaya uğrayıb”, – Aqarval deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb.
Hadisədən sonra Uttar Pradeş ştatında üç dəmir yolu xəttində nəqliyyatın hərəkəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.