Vardanyan Bakıdan Paşinyana cavab verdi: “Mənə sualların vardısa…”backend

Vardanyan Bakıdan Paşinyana cavab verdi: “Mənə sualların vardısa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda həbsdə olan separatçı, qondarma “DQR”-nin “dövlət nazir”i Ruben Vardanyanın ofisi Ermənistanın Baş naziri Nikol Paşinyanın onunla bağlı səsləndirdiyi fikirlərə cavab verib.

NOCOMMENT.az xəbər verir ki, Vardanyan ailəsi ilə telefon danışığı zamanı ictimaiyyətə müraciət ünvanlayıb.

İş adamı Paşinyanla görüşünü xatırladaraq deyib:

“Əgər Baş nazirin mənə hansısa sualı var idisə, o, bunları 2022-ci ilin noyabrında, onunla görüşümüz zamanı deyə bilərdi. Amma mən indi də onun istənilən sualına cavab verməyə hazıram. Mən 2018-ci ildə Baş nazirlə görüşümüz zamanı ona 3 məqamı xatırlatmışam;

1. Mən Ermənistan siyasətinə qarışmayacağam.

2. Ermənistan hakimiyyəti ilə münasibətlərimizdən asılı olmayaraq xeyriyyə işləri görəcəyik.

3. Mənim yanaşmamı dəyişə biləcək yeganə səbəb “Artsax”ın taleyi ola bilər.

2020-ci ilin hadisələri isə mənim üçün dönüş nöqtəsi oldu. İndi xalqımız ən çətin anlarından birini yaşayır. İnanıram ki, bunları arxada qoyub sülh və işıqlı gələcək qura biləcəyik”.

Xatırladaq ki, Paşinyan mətbuat konfransı zamanı Vardanyanla bağlı aşağıdakıları demişdi:

“Necə oldu ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Onu Ermənistana və “Dağlıq Qarabağ”a kim göndərdi? Ona hansı təminat və göstərişlər verildi və sonda niyə onu yaxşı tanımadıqlarını dedilər?”.