Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQbackend

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.

 

NOCOMMENT.az xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmov çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, qeyd olunan göstərici təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.

 

Rövşən Rüstəmov onu da qeyd edib ki, orta hesabla, Orta dəhlizlə blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır.