Zelenski Rusiya ilə münaqişəyə son qoymaq istəyirdibackend

Zelenski Rusiya ilə münaqişəyə son qoymaq istəyirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə Rusiya arasında münaqişə 2024-cü ildə bitməlidir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski bildirib.

Zelenski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə birgə konfrans zamanı münaqişəyə 2024-cü ildə son qoymaq niyyətini açıqlayıb. Eyni zamanda, o, özünün “sülh formulunu” münaqişənin həllinin yeganə yolu adlandırıb.

“Biz bu il ikinci “sülh sammiti”ni – bu münaqişəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik”, – deyə siyasətçi vurğulayıb. O, həmçinin əlavə edib ki, konfrans Rusiya ilə qarşıdurmanın yekun həllinə gətirib çıxarmalıdır.

Bundan əvvəl ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfild Zelenskinin həll planını şərh edib . Onun fikrincə, siyasətçinin təklifi işə yaraya bilər.