Fələstin prezidenti Mahmud Abbas Kazana rəsmi səfər edəcək və burada Rusiya lideri Vladimir Putinin dəvəti ilə BRİKS sammitində iştirak edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl məlumat verib, RİA Novosti yazır .
“Olacaq… Təbii ki, Putindən dəvət olub”, – diplomat agentliyin müvafiq sualını cavablandırıb.
Bundan əvvəl məlum olmuşdu ki, BRİKS-in Kazanda keçiriləcək sammitində Bosniya və Herseqovina Srpska Respublikasının prezidenti Milorad Dodik də iştirak edəcək.