Astarada 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdübackend

Astarada 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada şirkət işçisini elektrik cərəyanı vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib. Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikovu elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, o, ərazidə aparılan qazıntı işləri zamanı yüksək gərginlikli elektrik cərəyanına toxunub və cərəyan onu vurub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.