Kursk vilayətində pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov özünün Telegram kanalında bildirib.
“Kursk bölgəsi: İHA hücumu təhlükəsi. … Mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə qüvvələri və vasitələri döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə məlumatda bildirilir.
Smirnov yerli sakinləri də ayıq-sayıq olmağa çağırıb.
Bundan əvvəl Smirnov bildirib ki, Kursk vilayətində üç Ukrayna raketi, həmçinin təyyarə tipli pilotsuz uçan aparat vurulub.