İsrail Hərbi Hava Qüvvələri Livandakı şiə “Hizbullah” hərəkatının infrastrukturuna yeni kütləvi hücumlar dalğasını tamamlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
“Son 24 saat ərzində minlərlə atəş qurğusu və əlavə terror infrastrukturu da daxil olmaqla 290-a yaxın hədəf vurulub: İsrail Müdafiə Qüvvələri Livanın cənubunda əlavə zərbələr seriyasını tamamlayıb”.
İDF əlavə edib ki, bu hədəflərə əlavə olaraq minlərlə buraxılış qurğusu, həmçinin Livanın cənubundakı bir neçə bölgədə əlavə terror infrastrukturu vurulub.